Yazar: Metin Mamadov Yayınevi: Alka Yayınevi
Dirəniş
İnsana verilən hər hansı bir yük,
Heç vaxt ola bilməz özündən böyük.
Tapılar hər dərdin həlli, çarəsi,
Qüvvətdir o dərdin qəmi, qüssəsi.
Dərdlər ki, böyüyüyüb dağ boyda olar,
İnsana yeni bir qapı aralar.
Yaranar yepyeni baxış bucağı,
Açılar o dərdin çözüm qucağı.
Bəlkə də sümüyə dirənsə bıçaq,
Göz yaşı tökməsin gərəkdir qoçaq!
Səbr edib, əzm edib, ancaq çalışmaq;
Qanlı bir savaşda mərdcə vuruşmaq,
Bax budur zəfərin yeganə yolu,
Hər hüznün yanında sevinclər dolu.
Gecənin ən zülmət olduğu bir an,
Sübhün doğulduğu zamandır inan.
Nə qədər qaraysa gecə göy üzü,
Ayırd etmək olmursa yanlışı, düzü.
Mütləqdir aydınlıq çox yaxındadır,
Doğruluq ordusu bil, axındadır!
Boğaza yığılsan dərddən, kədərdən,
Sanma ki, həyatın keçib hədərdən.
Yorulmaq doğrudur, dincəlmək normal,
Savaşdan çəkilmək; budur anormal.
Oturub, dincəlib, dər nəfəsini,
Eşit ataların, məğrur səsini:
"Gündüz oturmadım, gecə durmadım,
Bunun sayəsində mən yox olmadım!"
Qəhrəman millətin, qutlu tarixin,
Zəfər salnaməsi daşıyan irqin.
Hər zaman çalışqan, igid atalar,
Ən çətin anlarda köməyə çatar.
Bir düşün Teymurun Hind zəfərini,
Kürşadın saraya tək səfərini!
Yetməzmi Metenin, dəli hünəri?
Atilla xaqanın, elədikləri?
"Ənvər" tərif edər, çalışqanlığı,
Özellikler |
|
Barkod | 9786057128133 |
Katkıda Bulunanlar |
|
Yazar | Metin Mamadov |
Saat 12:00'e kadar verdiğiniz siparişler aynı gün kargoda.
İletişim bölümümüzden bizlere herzaman yazabilirsiniz.
Kart bilgileriniz saklanmadan güvenli şekilde bankaya gönderilmektedir.
En iyi fiyatı sizlere en hızlı kargo ile sunuyoruz.